Astarada qatarın vurduğu piyada əməliyyatdan çıxıb və reanimasiya şöbəsinə yerləşdirilib. SİA-nın verdiyi xəbərə görə əməliyyat zamanı 34 yaşlı M.Quliyevin bir ayağının barmaqları, digər ayağının topuqdan aşağı hissəsi amputasiya olunub.
Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə