"Orta Dəhlizin inkişafı Azərbaycanın iqtisadi və siyasi dividendlərini artıracaq" - SİYASİ ŞƏRHÇİ
"Orta Dəhlizin inkişafı Azərbaycan üçün əlavə neft və qaz resurslarının kəşf edilməsinə bənzər strateji əhəmiyyət daşıyır. Dəhliz tam gücü ilə fəaliyyətə başladıqdan sonra Azərbaycan davamlı olaraq böyük maliyyə vəsaitləri əldə edə biləcək. Bununla yanaşı, ölkəmiz mühüm siyasi dividendlər də qazanacaq".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
_(2)_(1)_(1)_(1)_(2)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, faktiki olaraq, bu proses Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında yalnız özünün deyil, həm də Şərqdə və Qərbdə yerləşən ölkələrin maraqlı olmasına gətirib çıxaracaq. Çünki Orta Dəhliz artıq elə bir amilə çevrilir ki, həm Qərbin, həm də Şərqin bu marşrutdan asılılığı artır:
"Cənubda İranın, şimalda isə Rusiyanın mövcud siyasi vəziyyəti regionda qeyri-müəyyənlik yaradır. Bu ölkələrin gələcək taleyi ilə bağlı müxtəlif ehtimallar mövcuddur. Rusiyanın və İranın parçalanması, onların yerində yeni dövlətlərin yaranması kimi ssenarilər də gündəmə gətirilir. Belə bir şəraitdə Azərbaycan ən uyğun, optimal və təhlükəsiz tranzit marşrutlarından biri kimi ön plana çıxır.
Əlbəttə, bu vəziyyətin əbədi davam edəcəyini söyləmək olmaz. Lakin ən azı indiki geosiyasi şəraitdə Orta Dəhlizə ciddi ehtiyac var. Buna görə də hesab edirəm ki, dəhlizin inkişafı Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, eləcə də ölkəmizin digər dövlətlərlə, xüsusilə də böyük güclərlə əlaqələrinə müsbət təsir göstərə bilər.
Nəticə etibarilə, Azərbaycan Orta Dəhlizin inkişafından böyük fayda əldə edə bilər. Bu fayda isə təkcə iqtisadi deyil, eyni zamanda siyasi əhəmiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB