“Azərbaycanın coğrafi mövqeyi region üçün xüsusi əhəmiyyət daşıyır” -Yohan David Vadeful

“Azərbaycanın coğrafi mövqeyi region üçün xüsusi əhəmiyyət daşıyır” -Yohan David Vadeful

Azərbaycanın coğrafi mövqeyi regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

SİA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycan və Almaniyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, Almaniya və digər Avropa ölkələri Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. Onun sözlərinə görə, tərəflər arasında əlaqələrin genişləndirilməsi regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.

Yohan David Vadeful qeyd edib ki, Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün bütün tərəflər prosesə sadiq qalmalı, mövcud problemlərin dinc yolla həlli istiqamətində səylərini davam etdirməlidirlər.

Nazir vurğulayıb ki, regionda gələcək rifahın və əməkdaşlığın təmin olunması üçün sülhün bərqərar olması mühüm şərtdir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə