"Vasitəçilər olmadan aparılan danışıqlar müsbət nəticələr verir" - POLİTOLOQ DANIŞDI
"Azərbaycan və Ermənistan arasında sülh və təhlükəsizlik istiqamətində danışıqlar prosesi uğurla davam edir. Bu prosesin növbəti nümunəsini İrlandiyada keçirilən görüşdə də gördük. Ölkə başçıları praktiki olaraq tədbirdən istifadə edərək bir araya gəldilər və müsbət mesajlarla xarakterizə olunan görüş keçirdilər. Görüşdə yenidən sülh istiqamətində atılacaq addımlar müzakirə edildi".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib:
"Əvvəllər daha çox nəticəsiz və əhəmiyyətsiz danışıqların şahidi olurduq. Bu da narazılığa səbəb olurdu. İndi isə vasitəçilər olmadan liderlər bir araya gəlir, kənar müdaxilə olmadan müzakirələr aparırlar. Buna görə də müsbət nəticələr əldə olunur.
Hər halda, Portuqaliyada və Vaşinqtonda əldə edilmiş paraflanmış saziş var. İndi həmin sazişin imzalanması istiqamətində müəyyən maneələr mövcuddur. Bu maneələrin aradan qaldırılması üçün Ermənistan tərəfindən bəzi addımlar atılmalıdır. Məsələn, Ermənistanın konstitusiyasında və Müstəqillik Bəyannaməsindəki müvafiq bəndlərin dəyişdirilməsindən sonra sülhə gedən yolda maneə qalmayacaq.
Tramp yolu və ümumiyyətlə, sərhədlərlə bağlı məsələlərə gəlincə, bunlar sülh prosesinin tərkib hissəsi olsa da, üç fərqli istiqamətdə aparılan danışıqlardır. Sülh danışıqları, sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin, o cümlədən Tramp yolunun açılması və istifadəyə verilməsi ilə bağlı məsələlər ayrı-ayrı formatlarda müzakirə olunur. Lakin məzmun baxımından bunların hamısı ümumilikdə sülh prosesinin tərkib hissələridir.
Məsələn, sülh müqaviləsi daha tez imzalana bilər, lakin delimitasiya daha uzun müddət tələb edən prosesdir. Eyni vəziyyət digər məsələlərə də aiddir. Bu proseslərin ardıcıllığını konkret müəyyən etmək mümkün deyil. Lakin bir məsələnin digərindən daha tez həll olunması o demək deyil ki, digər məsələ həll edilməyəcək. Sadəcə, burada müddət fərqi var və bu məsələlər zamanla tənzimlənəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB