Azərbaycanlı uroloq-cərrah, tibb elmləri doktoru Rəşad Şolan Beynəlxalq Urologiya Cəmiyyətinin (Société Internationale d’Urologie - SIU) Florensiyada keçirilən SIU 2026 dünya konqresində qadın uretra darlığının müalicəsinə dair yeni cərrahi metodunu təqdim edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
Üsul “Mosquito texnikası” adlandırılıb. Müəllifin məlumatına görə, o, indiyədək elmi ədəbiyyatda təsvir olunmayıb. Cərrahın sözlərinə görə, qadınlarda sidik kanalı daralmalarında icra olunan bu metodun yaxın dönəm nəticələri çox ümidvericidir, uğur göstəricisi 100 faizə yaxındır. Təqdimat konqresin SANTU simpoziumunda dinlənilib. SIU-nun təşkilat komitəsinin qərarı ilə Rəşad Şolan həmin metodikasına əsasən konqresin BANTUC proqramının nominantı və qalibi olub.
Urologiyada əlçatan yeni texnologiyalar simpoziumu SIU konqresi çərçivəsində keçirilir və uroloji yardımı daha praktik, daha əlçatan edə biləcək yeni texnoloji həllərin təqdimatına həsr olunur. Simpoziumda təqdim edilən işlər arasından BANTUC proqramı üzrə ən yaxşılar seçilir. Azərbaycanlı həkimin burada iştirakı milli klinik təcrübənin dünya elmi gündəminə daşınması deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB