“2027-ci il dövlət büdcəsi gəlirlərinin 69,6 faizi qeyri-neft sektorunun hesabına formalaşacaq” - Aydın Hüseynov
Azərbaycanın iqtisadi inkişafı, qeyri-neft sektorunun genişləndirilməsi və sahibkarlığın dəstəklənməsi dövlət büdcəsinin gəlir imkanlarının artmasına, ölkənin iqtisadi müstəqilliyinin möhkəmlənməsinə şərait yaradır.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov parlamentin plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmə, sahibkarlığın dəstəklənməsi və regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atılır. Azərbaycanın Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsində oynadığı rol da ölkənin beynəlxalq nüfuzunun artmasına təsir göstərir.
Deputat qeyd edib ki, iqtisadi inkişaf dövlətin maliyyə imkanlarını genişləndirir, yeni istehsal və xidmət sahələrinin formalaşmasına, sahibkarlığın güclənməsinə və büdcə gəlirlərinin artmasına imkan yaradır.
A.Hüseynovun sözlərinə görə, dayanıqlı dövlət büdcəsi dayanıqlı iqtisadi inkişafın nəticəsidir. İqtisadiyyatın güclənməsi, eyni zamanda, vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması və gələcək imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
O vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət, iqtisadi potensialı və beynəlxalq təşəbbüsləri ölkənin orta güc dövləti kimi mövqeyinin möhkəmlənməsinə əsas yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB