“2018-ci ildən bəri ƏDV ödəyicilərinin sayı 3,5 dəfə artıb” - Mikayıl Cabbarov
Azərbaycanda 2018-ci ildən etibarən aktiv vergi ödəyicilərinin sayı 2 dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb.
SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.
O bildirib ki, son illərdə iqtisadiyyatda baş verən mühüm struktur dəyişikliklərindən biri şəffaflığın artmasıdır.
Nazir qeyd edib ki, vergi ödəyicilərinin və aktiv obyektlərin sayındakı artım iqtisadi fəaliyyətin şəffaflaşması istiqamətində həyata keçirilən tədbirlərin nəticələrini əks etdirir.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB