Beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökuməti Bab əl-Məndəb boğazı və Zubab rayonuna nəzarəti tam itirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Al Jazeera“ telekanalı bildirib.
Yəmənin Cənub Qüvvələri komandanlığının bəyanatına əsasən, qoşunların geri çəkilməsi qüvvələrin yenidən təşkili və digər istiqamətlərdə mövcudluğun gücləndirilməsi çərçivəsində həyata keçirilib. Qeyd edilib ki, manevrin əsas məqsədi Ədənin və qonşu əyalətlərin təhlükəsizliyini təmin etmək, eləcə də Taiz şəhərinin mühasirəsinin yarılması üzrə əməliyyatı davam etdirməkdir.
Yəmən Ordusunun Bab əl-Məndəb boğazı və Zubab rayonundakı mövqelərindən geri çəkilməsi “Ənsar Allah” hərəkatının (husilər) Ədənə şimal və qərb istiqamətlərindən giriş qapısı sayılan Ləhc əyalətində irəliləməməkdə olduğu bir vaxta təsadüf edir.
Husilərin nəzarətində olan SABA informasiya agentliyi hərbi mənbəyə istinadən hökumətyönlü silahlı birləşmələrin şiddətli toqquşmalardan sonra itkilər verərək Ədən istiqamətində geri çəkildiyini iddia edib.
Yəməndə 2014-cü ilin avqustundan etibarən husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı qarşıdurma davam edir. 2026-cı ilin iyulunda üsyançılar krallığa qarşı dəniz blokadası tətbiq etdiklərini elan edib, bundan sonra Səudiyyə Ərəbistanına məxsus bir neçə neft tankerinə hücum ediblər.
Avqustun əvvəlində “Ənsar Allah” hərəkatı Yəmənin cənub-qərbində hücuma başlayıb, sentyabrın 10-11-də isə liman şəhəri Moxaya və Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərə nəzarəti ələ keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB