Ankarada iki ailə arasında silahlı QARŞIDURMA - azı 11 yaralı var

Ankarada iki ailə arasında silahlı QARŞIDURMA - azı 11 yaralı var

Türkiyənin paytaxtı Ankaranın Mamak rayonunda iki ailə arasında baş verən mübahisə silahlı davaya çevrilib. SİA "Haber Global"a istinadən xəbər verir ki, hadisə Yatık Musluk küçəsində baş verib.

Dava-dalaş nəticəsində hər iki ailənin üzvləri olmaqla, ümumilikdə 11 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə