Yasamal rayonu ərazisində avtobuslardan birində sərnişinə məxsus pul və mobil telefon talanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə soyğunçuluq əməlini törədən əvvəllər narkotiklərlə əlaqədar cinayətə görə məhkum olunmuş N.Əsgərov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB