Ronaldoya JEST - Portuqaliya millisi 7 nömrəli forma ilə meydana çıxacaq

Ronaldoya JEST - Portuqaliya millisi 7 nömrəli forma ilə meydana çıxacaq

Portuqaliya millisi UEFA Millətlər Liqasında Danimarka ilə oyuna sabiq kapitanları Kriştiano Ronaldunun 7 nömrəli forması ilə çıxacaq.

Bu barədə “A Bola” məlumat yayıb. UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində noyabrın 14-də keçiriləcək qarşılaşmada Portuqaliya millisinin futbolçuları Ronaldunun şərəfinə 7 nömrəli forma geyinəcəklər.

Bu qərar Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa, baş məşqçi Jorje Jezuş, kapitan Bernardo Silva, eləcə də vitse-kapitanlar Ruben Diaş və Bruno Fernandeşin iştirakı ilə keçirilən görüşdə qəbul olunub. Aksiyanın məqsədi Ronaldunun milli komandadakı tarixi xidmətlərini vurğulamaqdır.

Qeyd edək ki, 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə edib. O, 2016-cı ildə Avropa çempionu, 2019 və 2025-ci illərdə isə Millətlər Liqasının qalibi olub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə