İran Qeşm adası üzərində ABŞ-a məxsus MQ-1 PUA-nı vurub

İran Qeşm adası üzərində ABŞ-a məxsus MQ-1 PUA-nı vurub

ABŞ-a məxsus bir ədəd MQ-1 tipli pilotsuz uçuş aparatı İranın cənubundakı Qeşm adası üzərində vurulub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, PUA korpusun Aerokosmik Qüvvələrinin qabaqcıl hava hücumundan müdafiə sistemi tərəfindən izlənilərək ələ keçirilib və məhv edilib.

Qeyd edilib ki, bu, İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan 17-ci MQ-1 tipli PUA-dır.

Bütün xəbərlər Facebook səhifəmizdə