Tovuzda 24 yaşlı qadın kafenin qarşısında bıçaqlanıb, hadisənin bəzi detalları məlum olub.
SİA Oxu.az-a istinadla xəbər verir ki, Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Səbinə Rəşad qızı Məmmədli Qovlar şəhərində fəaliyyət göstərən kafelərdən birinin qarşısında mübahisə zəminində bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin qadının qardaşı, 2007-ci il təvəllüdlü Ərşad Rəşad oğlu Məmmədli olduğu bildirilir. O, şəxsi münasibətlər zəminində bacısının bel nahiyəsinə bıçaqla bir zərbə endirib.
Qeyd edək ki, hər iki şəxs Tovuz rayonunun Düz Cırdaxan kəndində qeydiyyatdadır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB