SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək

SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək

“İran xalqı rəhbərin (Əli Xamenei) qisası alınmasından başqa heç nə ilə razılaşmayacaq”.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmmədrza Nəqdi deyib.

“Qisas tələbi xalqın ümumi istəyidir, insanlar qisasdan başqa heç nə ilə razılaşmayacaqlar”, - o iddia edib.

Nəqdi əlavə edib ki, “Əli Xameneinin axan qanının yerdə qalmaması tələbi” yeni məsələ deyil və bu tələb bundan sonra da olacaq.

SEPAH baş komandanının müşaviri vurğulayıb: “Rəhbərin qatillərindən qisas alınmadan müharibə başa çatmayacaq və həmin qisas mütləq alınacaq”.

Xatırladaq ki, Əli Xamenei fevralın 28-də ABŞ və İsrail hərbi hava qüvvələrinin Tehrana hücumu zamanı öldürülüb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə