"Qrup lideri olmaq üçün mütləq Lixtenşteynə qalib gəlməliyik"

"Qrup lideri olmaq üçün mütləq Lixtenşteynə qalib gəlməliyik"

Azərbaycan millisinin futbolçuları hazırda yaxşı formadadırlar." SİA-nın məlumatına görə, bu barədə Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında bu gün Lixtenşteynə qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında deyib. Mütəxəssis çətin oyuna çıxacaqlarını bildirib: "Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuza çıxacağıq. Daha sonra bizi Andorra seçməsi ilə yoldaşlıq matçı gözləyir. Qrup lideri olmaq üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyununa bələdik, Bakıda bu komanda ilə bərabərə qalmışdıq. Evdə daha inamlı çıxış etmək istəyəcəklər. Komanda olaraq görüşə hazırıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Premyer Liqada qızğın mübarizə gedir və futbolçularımız yaxşı formadadırlar. İnanıram ki, sabah istədiyimiz qələbəni qazanacağıq".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə