Azərbaycan güləşçisi Davud Məmmədov Qazaxıstanda keçirilən turnirin qalibi olub

Azərbaycan güləşçisi Davud Məmmədov Qazaxıstanda keçirilən turnirin qalibi olub

Azərbaycan güləşçisi Davud Məmmdov (77 kq) Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnirin qalibi olub.

SİA-nın məlumatına görə, ənənəvi yarışda U-20 milli komandasının məşqçisi Akif Əliyevin rəhbərliyi altında iki Azərbaycan güləşçisi fəxri kürsüyə qalxıb.

D.Məmmədov finalda qardaşı Cavad Məmmədova 3:1 hesabı ilə qalib gəlib. C.Məmmədov isə gümüş medala sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə