"Gürcüstanın Azərbaycan, Türkiyə və Bolqarıstanla enerji əməkdaşlığı regionun enerji sektorunun inkişafı və Avropa İttifaqı ölkələrinə elektrik enerjisi tədarükünün artırılması üçün yeni imkanlar açır."
Bu barədə ölkənin baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili bildirib.
Onun sözlərinə görə, dörd ölkə enerji güclərinin və onların enerji sistemlərini birləşdirən infrastrukturun gələcək inkişafı barədə razılığa gəlib. "Bu, elektrik enerjisi istehsalını artırmağa və onun Avropa İttifaqı ölkələrinə ixrac imkanlarını genişləndirməyə imkan verəcək. Çox vacib bir təşəbbüsdür", - Kvrivişvili qeyd edib.
O, Gürcüstan üçün qonşu dövlətlər və beynəlxalq tərəfdaşlarla enerji əməkdaşlığının xüsusi əhəmiyyətini vurğulayıb. Nazirin sözlərinə görə, Tbilisi enerji sektorunun gələcək inkişafını, o cümlədən sonrakı ixrac üçün elektrik enerjisi istehsalı həcmlərinin artırılmasını gözləyir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB