KTMT Ermənistanın səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə edəcək

KTMT Ermənistanın səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə edəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) noyabrın 11-də Ermənistanın təşkilatda səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxılacaq.

SİA xəbər verir ki, "RIA Novosti"nin xəbərinə görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.

Lavrov Ermənistanın iki ildən artıqdır təşkilata üzvlük haqlarını ödəmədiyini və bununla əlaqədar KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiq edilməsi məsələsinin qaldırıldığını deyib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, müvafiq qərar layihəsi Ermənistan vətəndaşlarının təşkilatın orqanlarında kvota üzrə vəzifələrə namizədliyinin irəli sürülməsi hüququnun dayandırılmasını və borc tam ödənilənədək səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutur.

Qeyd edək ki, Ermənistan nümayəndələri Moskvada keçirilən iclasda iştirak etməyib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə