...Kia, ispan tennisçi Rafael Nadalın 63 tək titul qazandığı kortlardan toplanan tennis gilindən istifadə edərək EV4 GT elektrik avtomobilinin real ölçülü heykəlini yaradıb.
Qeyri-adi avtomobil sənəti əsəri idmançıya İspaniyanın Mayorka adasındakı akademiyasında təqdim edilib.
SİA xəbər verir ki, Autoblog-a görə layihə tennisçinin Cənubi Koreya avtomobil istehsalçısı ilə 20 ildən çox davam edən əməkdaşlığını qeyd edir.
Heykəl avtomobil dizaynerlərinin yeni avtomobillər hazırlayarkən istifadə etdikləri xüsusi modelləşdirmə gilindən, eləcə də tennis kortlarından götürülmüş əsl gildən istifadə edilərək yaradılıb. Kuzov qırmızı-narıncı rəngə boyanıb və ağ xətlər kortun işarələrini təkrarlayıb.
...Nadalın idman nailiyyətlərinin simvolları da səthdə yerləşdirilib: 63 gil kort qələbəsi, səthdə ardıcıl 50 set qələbəsi ilə rekord seriya və dünya reytinqində beş mövsüm birinci yerdə...
Bu, elektrik avtomobilinin xüsusi istehsal versiyası deyil, “tam ölçülü, lakin idarə olunmayan heykəldir”. İdmançının şəxsi imzası da kuzovda yer almışdı.
Kia və Nadalın tərəfdaşlığı 2004-cü ildə, şirkətin İspaniyadakı törəmə şirkəti gənc tennisçini dəstəklədiyi zaman başlayıb. 2006-cı ildə o, qlobal brend səfiri olub.
Tərəfdaşlıq Nadal 2024-cü ildə peşəkar tennisdən təqaüdə çıxdıqdan sonra da davam edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB