Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə SİA-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən Anar Şükürov adına 25 nömrəli tam orta ümumtəhsil məktəbində və Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanasında, Gəncə RM tərəfindən isə Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli və V.Veysəlov adına 30 nömrəli tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.
Eyni zamanda, Aran RM tərəfindən Naftalan şəhərində yerləşən “Qaşaltı” sanatoriyasında və Goranboy rayonu Rəhimli kənd tam orta ümumtəhsil məktəbində, Şimal-Qərb RM tərəfindən Zaqatala Regional Qaz İstismarı İdarəsində və Şəki rayonu Bideyiz kənd tam orta ümumtəhsil məktəbində, Şimal RM tərəfindən isə Xaçmaz rayonu Mürşüdoba kənd tam orta məktəbində və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Xaçmaz Regional İdarəsində müvafiq görüşlər təşkil olunub.
Bundan başqa, Cənub RM tərəfindən Masallı şəhər N.Nərimanov adına 2 nömrəli və Astara rayonu Şiyəkəran kənd N.Gəncəvi adına 1 nömrəli, Qarabağ RM tərəfindən Tərtər rayonu R.Kərimov adına Sarov kənd və Bərdə rayonu E.Məmmədov adına Samuxlu kənd, Muğan RM tərəfindən isə Saatlı rayonu Nabat kənd tam orta ümumtəhsil məktəblərində maarifləndirici tədbirlər baş tutub.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB