Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Lənkəran şəhərindən keçən köhnə Ələt-Astara magistralında baş verib. “Mersedes” markalı minik avtomobili hasara çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə hissəsinin və polis əməkdaşları cəlb olunublar. Avtomobildə sıxılmış vəziyyətdə qalan ölən şəxsin meyiti FHN əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB