İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Dmitro Şlapaçenko ilə Azərbaycan və BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlığı müzakirə edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşdük. Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlığın mövcud vəziyyətini və növbəti mərhələ üçün prioritet istiqamətləri nəzərdən keçirdik.
İqtisadi şaxələndirmə, yaşıl iqtisadiyyata keçid, rəqəmsal transformasiya, sahibkarlığın və insan kapitalının inkişafı sahələrində birgə layihələrin imkanları barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB