"TikTok gənclərin beynini məhv edən..." - Tokayevdən BƏYANAT

"TikTok gənclərin beynini məhv edən..." - Tokayevdən BƏYANAT

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "TikTok" sosial şəbəkəsini sərt tənqid edib. SİA xəbər verir ki, dövlət başçısı beyin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib.

Qazaxıstan prezidenti bu fikirləri Moskvada "AI Journey 2026" beynəlxalq konfransı çərçivəsində süni intellekt sahəsində çalışan gənc mütəxəssislərlə görüşündə deyib.

SİTAT: "İndi hamı smartfondan istifadə edir, amma nədənsə elə düşünürlər ki, o yalnız zənglər etmək, yazışmaq, bəlkə də, hansısa filmlərə baxmaq üçündür. "TikTok"... O, insan beynini, xüsusən də gənclərin beynini məhv edən qorxunc bir şeydir", - Tokayev bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə