Yevlax məktəbində tüstülənmə olub. SİA xəbər verir ki, Mərkəzi-Aran Regional Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün Yevlax rayonu Vasif Mövsümov adına Gülövşə kənd tam orta ümumtəhsil məktəbində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.
Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.
Tüstülənmə nəticəsində direktor, katib-makinaçı, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB