Azərbaycan və Litva nəqliyyat-logistika sahəsində əməkdaşlığı genişləndirə bilər - NAZİR
Azərbaycan və Litva arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, Bakı və Klaypeda limanları arasında əlaqələrin inkişafı imkanları müzakirə olunub.
SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, görüş zamanı Azərbaycanın Şərq-Qərb Orta Dəhlizi çərçivəsində yaratdığı nəqliyyat imkanları, Avropa ilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında körpü rolunu oynamaq potensialı barədə fikir mübadiləsi aparılıb.
O, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının artırılması planlarına da diqqət çəkib. Qeyd edib ki, Litvanın Şimali Avropanın əsas logistika mərkəzlərindən biri olması iki ölkə arasında bu istiqamətdə əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Ceyhun Bayramovun sözlərinə görə, müzakirələrdə dəniz və hava nəqliyyatı operatorları arasında əlaqələrin qurulması, həmçinin Klaypeda və Bakı limanları arasında sıx əməkdaşlığın formalaşdırılması məsələləri də yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB