Andrey Arşavin Bakıda

Futbol üzrə Rusiya millisinin və İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu Andrey Arşavin Bakıya gəlib.

SİA-nın məlumatına görə, onun Azərbaycana səfərinin məqsədi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda noyabrın 25-də keçiriləcək “Sabah” - “Barselona” qarşılaşmasını stadiondan canlı izləməkdir.

A. Arşavin Bakı səfəri çərçivəsində bu gün “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə görüşüb. Azərbaycan millisinin qapıçısı bununla bağlı sosial şəbəkə hesabında birgə fotolarını paylaşıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə