“Ermənistan cəmiyyəti sülh və ərazi iddiaları arasında seçim etməlidir” -ZAHİD ORUC

“Ermənistan cəmiyyəti sülh və ərazi iddiaları arasında seçim etməlidir” -ZAHİD ORUC

Ermənistanda yeni Konstitusiya layihəsinin hazırlanması ölkənin gələcək siyasi kursunun müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir. Onun fikrincə, Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də dövlətin ideoloji istiqamətini və qonşu ölkələrlə münasibətlərinin əsaslarını müəyyən edən sənəddir.

SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Zahid Oruc bildirib ki, Ermənistanın qarşısında duran əsas məsələ keçmişdən miras qalan ərazi iddialarından imtina edərək sülh yolunu seçməkdir. O qeyd edib ki, revanşist qüvvələrin yeni Konstitusiya layihəsinə qarşı çıxması regionda yaranmış yeni reallıqların qəbul edilməsinə mane olur.

Deputatın sözlərinə görə, Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən sonra Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları yaranıb. TRIPP layihəsinin icrasına başlanılması da regionun nəqliyyat və iqtisadi əlaqələrinin genişlənməsi baxımından yeni perspektivlər açır.

O vurğulayıb ki, Ermənistan vətəndaşları referendum zamanı ölkələrinin gələcək inkişaf modelinə münasibət bildirməli, sülh və dinc qonşuluq münasibətlərini dəstəkləməlidirlər.

Zahid Oruc əlavə edib ki, davamlı sülhün təmin olunması üçün ərazi iddialarına son qoyulmalı və bu yanaşma Ermənistanın Ana Qanununda öz əksini tapmalıdır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə