“Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans keçirilir - YENİLƏNİR/FOTOLAR
Bakıda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans keçirilir.
SİA xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Konfransın əsas məqsədi qadınların cəmiyyətin inkişafında, tolerant və multikultural dəyərlərin təşviqində, milli-mənəvi dəyərlərin qorunmasında və sosial tərəqqinin təmin olunmasında rolunun artırılması, eləcə də onların ictimai-siyasi, elm və təhsil sahələrində fəal iştirakının dəstəklənməsidir.
Tədbirdə gender bərabərliyinin təşviqi, gənc nəslin tolerantlıq və vətənpərvərlik ruhunda formalaşdırılmasında qadınların mövqeyinin gücləndirilməsi məsələləri də müzakirə olunur.
Konfrans çərçivəsində “Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü” və “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” mövzularında panel sessiyaları keçirilir.
Tədbir dövlət qurumları, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri arasında fikir mübadiləsinin aparılmasına, yeni təşəbbüslərin irəli sürülməsinə və əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB