Dr.Aynur Səfiyeva Yaponiya Koloproktologiya Cəmiyyətinin (JSCP 81) 81-ci beynəlxalq konqresində məruzələrlə çıxış edib

Dr.Aynur Səfiyeva Yaponiya Koloproktologiya Cəmiyyətinin (JSCP 81) 81-ci beynəlxalq konqresində məruzələrlə çıxış edib

Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, tibb elmləri doktoru, dosent Aynur Səfiyeva Yaponiyanın Naqasaki şəhərində keçirilən Yaponiya Koloproktologiya Cəmiyyətinin (JSCP 81) 81-ci beynəlxalq konqresində məruzələrlə çıxış edib.
Konqres çərçivəsində onun koloproktologiyanın aktual məsələlərinə həsr olunmuş iki elmi məruzəsi şifahi təqdimat formatında dinləyicilərə təqdim olunub. Tədbir müxtəlif ölkələrdən olan mütəxəssislərlə görüşmək, elmi fikir mübadiləsi aparmaq və sahə üzrə beynəlxalq təcrübə ilə tanış olmaq baxımından faydalı olub.
Belə elmi görüşlər peşəkar inkişaf, yeni əməkdaşlıq imkanları və tibbin müxtəlif istiqamətlərində biliklərin paylaşılması üçün mühüm əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə