Mərkəzi Gömrük Hospitalında iş mühitində psixoloji dayanıqlılıq və stressin idarə olunmasına həsr olunmuş təlim keçiriləcək

Mərkəzi Gömrük Hospitalında iş mühitində psixoloji dayanıqlılıq və stressin idarə olunmasına həsr olunmuş təlim keçiriləcək

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında 19 noyabr 2026-cı il tarixində saat 14.00-da “İş mühitində psixoloji dayanıqlılıq: stressin idarə olunması və konstruktiv ünsiyyət” mövzusunda maarifləndirici təlim keçiriləcək. Təlimdə Azərbaycan Psixiatriya Assosiasiyasının Gənc Psixiatriya Bölməsi üzrə katibi Elvira Əliyeva təqdimatla çıxış edəcək.
Təlimin əsas məqsədi iş mühitində psixoloji dayanıqlılığın gücləndirilməsi, stressin düzgün idarə olunması, emosional tarazlığın qorunması və əməkdaşlar arasında konstruktiv ünsiyyət bacarıqlarının inkişaf etdirilməsidir.
Maarifləndirici təlim çərçivəsində iştirakçılara gündəlik iş prosesində qarşılaşılan stress amilləri, stresslə mübarizə yolları, çətin situasiyalarda emosiyaların idarə olunması, sağlam ünsiyyət mühitinin yaradılması və iş münasibətlərində qarşılıqlı anlaşmanın əhəmiyyəti barədə məlumat veriləcək.
Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!
Seminarda iştirak üçün (051) 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə