Çıxarışı olmayan evlərə qaz çəkilməsi hansı hallarda mümkündür? -HÜQUQŞÜNAS DANIŞDI
“Azərbaycanda yaşayış evlərinin çıxarışının olmaması heç də bütün hallarda həmin tikililərin qaz təchizatı şəbəkəsinə qoşulmasına maneə yaratmır. Belə ki, qanunvericilikdə tikilinin özünə və ya yerləşdiyi torpaq sahəsinə dair digər hüquqmüəyyənedici sənədlər əsasında qaz şəbəkəsinə qoşulma imkanları nəzərdə tutulub”.
SİA xəbər verir ki, bu sözləri hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli, 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatı sisteminə dair Qaydalar”da bu məsələ ilə bağlı müvafiq müddəalar yer alıb.
Hüquqşünas qeyd edib ki, Qaydaların 53.2.4-cü yarımbəndinə əsasən, qaz şəbəkəsinə qoşulma zamanı yalnız tikilinin çıxarışı deyil, həmçinin tikinti obyektinə və ya onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu, yaxud digər əşya hüququnu təsdiq edən sənədlər də nəzərə alınır.
O bildirib ki, vətəndaşın yaşayış evinə dair çıxarışı olmasa belə, tikilinin özünə və ya yerləşdiyi torpaq sahəsinə aid qanunvericiliyin tələblərinə cavab verən hüquqmüəyyənedici sənədləri varsa, qaz təchizatı şəbəkəsinə qoşulmaq üçün müraciət edə bilər.
Fariz Əkbərovun sözlərinə görə, Qaydaların 54-cü hissəsində ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə yerləşən tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması proseduru da müəyyənləşdirilib. Bu zaman müvafiq sənədlərin təqdim edilməsi, texniki şərtlərin alınması, qaz təchizatı layihəsinin hazırlanması və təhlükəsizlik tələblərinə əməl olunması vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB