Azərbaycanın iqtisadi, siyasi, hərbi cəhətdən gücü artdıqca və dünya miqyasında mövqeləri möhkəmləndikcə bəzi xarici və daxili qüvvələr ciddi şəkildə narahat olmağa başlayıblar. Ona görə də, müxtəlif çirkin vasitə və üsullardan istifadə etməklə Azərbaycanın imicini ləkələməyə, uğurlarına kölgə salmağa çalışırlar. Hətta bir qədər də dərinə gedərək ölkəmizin ən böyük sərvəti olan sabitliyi, təhlükəsizliyi pozub, dövlət çevrilişi etməyə cəhdlər də edirlər. Misal olaraq, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin və AXCP sədri Əli Kərimlinin birgə qurduqları dəstələr vasitəsi ilə Azərbaycanda dövlət çevrilişi etməyə çalışmalarını göstərmək olar. Lakin bəd niyyətləri baş tutmadı və peşəkarlıqları və ayıq-sayıqlıqları ilə seçilən hüquq-mühafizə orqanları onları vaxtında ifşa etdi. Dərhal da həbs edilərək məsələ ilə bağlı ictimaiyyətə məlumat verdilər. İstintaq maeriallarına və Əli Kərimlinin müavinlərindən olan Fuad Qəhrəmanlının Dövlət Təhlükəsizlik Xidmətində verdiyi izahatında qeyd etdiklərinə görə, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində təşkil etdikləri yürüş-mitinq zamanı Əli Kərimlinin tapşırığı əsasında polislə qarşıdurma yaradılmalı və vəziyyəti gərginləşdirib, məcrasından çıxarılmasına nail olduqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin inzibati binalarını ələ keçirməli idilər. Bu məkrli plan baş tutduqdan sonra Əli Kərimli meydana çıxıb, təşəbbüsü ələ alıb, KİV vasitələri ilə hakimiyyətin ələ keçirdiklərini bəyan etməli idi. Təbii ki, belə bir dəhşətli plan Ə.Kərimlinin beyninin məhsulu ola bilməzdi. Çünki bu məxluq müstəqil qərarlar qəbul edib, addımlar atmaq gücünə malik deyil. Araşdırmalarla üzə çıxan faktlar ondan ibarətdir ki, Ə.Kərimli bilavasitə Rusiyanın əsas adamı olan R.Mehdiyevin təlimatları əsasında hərəkət edib.
Əli Kərimli Rusiyaya sadiqliyini nümayiş etdirmək üçün yazılı iltizam da yazdığı bildirilir. Yazılı mətndə qeyd olunur ki, onlar hakimiyyətə gələcəkləri təqdirdə, Azərbaycanın mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacaq. Cinayət işinin materallarına görə cinayətkar dəstənin fəaliyyəti geniş olub. Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında rus və ingilis dillərində hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə Əli Kərimliyə təqdim edilmişdir. R,Mehdiyev 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini sahibi olduğu "Şərq-Qərb" ASC-nin əməkdaşı vasitəsilə Rusiya xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə göndərilmişdir.
Haqlı və əsaslı deyilib: Cinayət cəzasız qalmır. Ramiz Mehdiyev və dəstəsinin fəal üzvləri həbs olundular. Eyni zamanda, dövlət çevrilişinin həyata keçiliməsində əməli fəaliyyət göstərməyi öhdəlik olaraq üzərinə götürmüş AXCP sədri Əli Kərimli və onun müavini Məmməd Rahim həbs olunublar. Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə təqsirləndirirlər.
İstintaq araşdırmalarına görə, cinayət əməllərində iştiraklarına görə Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediliblər. Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmişdir. Təbii ki, xaricdə gizlənən təqsirləndirilən şəxslər də həbs edilərək, Azərbaycan istintaq orqanlarına təhvil veriləcəklər. Nəzərə alınmalıdır ki, Azərbaycanda kimliyindən, tutduğu mvqeyindən və statusundan asılı olmayaraq hər kəs qanun qaşısında cavabdehlik daşıyır. Bu baxımdan, müxtəlif cinayətlər törətdiklərinə görə xaricə qaçanlara qarşı Azərbaycanın Baş Prokurorluğunun İstintaq İdarəsinin qaldırdığı cinayət işləri təbiidir.
Azərbaycan hüquqi, azad dövlətdir. Kimsənin statsusuna, cəmiyyətdə tutduğu mövqeyinə görə, cinayətdən azad edilməsi mümkünsüzdür. Belə hal baş versə, bu, ölkəmizin imicinə ciddi şəkildə xələl gətirər. El məsəlidir, "qanun şahdır, şah qanun deyil". Ramiz Mehdiyevlə əlaqələr qurub qanuni hakimiyyəti devirməyə və bununla da Azərbaycanı yenidən ötən əsrin 90-cı illərində hökm sürmüş xaos və anarxiya dövrünə qaytarmağa cəhd edənlərə ən ağır cəza verilməlidir. Artıq Bakı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib. Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb. Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.
Diqqətçəkən məqam ondan ibarətdir ki, cəza ilə razılaşmaq əvəzinə R.Mehdiyev fərqli yol tutmağa üstünlük verib. O verilən məhkəmə hökmündən apellyasiya şikayəti verib. Ə.Kərimlinin isə hazırda məhkəməsi keçirilir. Onun cinayət əməlləri istintaqda olduğu kimi məhkəmədə də sübuta yetiriləcəyi şübhəsizdir. Bu halda onu ən ağır cəza gözləyir.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB