"Siyasi təşkilatların fəaliyyəti real nəticələrlə ölçülməlidir" - ƏDALƏT MURADOV

"Siyasi təşkilatların fəaliyyəti real nəticələrlə ölçülməlidir" - ƏDALƏT MURADOV

"Siyasi təşkilatların fəaliyyəti real nəticələrlə ölçülməlidir."

SİA xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov tədbirdə çıxışı zamanı siyasi təşkilatların fəaliyyətinin yalnız üzvlərinin sayı, keçirdikləri tədbirlər və təşkilati strukturlarının genişliyi ilə ölçülməməli olduğunu bildirib.

O qeyd edib ki, "siyasi təşkilatların gücü cəmiyyətə təsiri, insanlarla qurduğu ünsiyyət, ictimai problemlərə münasibəti və əldə etdiyi real nəticələrlə müəyyənləşir.

Rektorun sözlərinə görə, bu gün vətəndaş formal hesabatlar deyil, real nəticələr görmək istəyir. İnsanlar sadəcə çıxışlar eşitməyi deyil, problemlərin həllinə töhfə verən fəaliyyətin şahidi olmağı gözləyirlər.

Bildirilib ki, partiya üzvü gündəlik həyatında dövlətçilik maraqlarının, milli dəyərlərin, ictimai həmrəyliyin və məsuliyyətli vətəndaş mövqeyinin daşıyıcısı olmalıdır.

Rektor vurğulayıb ki, Prezidentin mühüm çağırışlarından biri də Azərbaycan həqiqətlərinin hər bir vətəndaşa çatdırılmasıdır. Ölkədə görülən işlər, əldə olunan nailiyyətlər, quruculuq prosesi və Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi ilə bağlı həqiqətlər cəmiyyətə daha operativ, müasir və təsirli üsullarla çatdırılmalıdır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə