“Orta dəhliz Avropa İttifaqı və Almaniyanın prioritet layihələrindəndir” - Yohan David Vadeful

“Orta dəhliz Avropa İttifaqı və Almaniyanın prioritet layihələrindəndir” - Yohan David Vadeful

Orta dəhliz Avropa İttifaqı və Almaniya üçün mühüm nəqliyyat marşrutlarından biri hesab olunur. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və konkret addımların atılması nəzərdə tutulur.

SİA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycan və Almaniyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, Almaniya ilə Ukrayna arasında əlaqələrin gücləndirilməsi həm Almaniyanın, həm də Avropa İttifaqının təhlükəsizliyi və proqnozlaşdırıla bilənliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, beynəlxalq sazişlər və infrastruktur layihələri tərəfdaş ölkələr arasında nəqliyyat bağlantılarının inkişafına xidmət edir. Bu baxımdan Türkiyə üzərindən keçən marşrutların və Orta dəhlizin əhəmiyyəti xüsusi vurğulanır.

Yohan David Vadeful qeyd edib ki, Orta dəhliz Avropa İttifaqının və Almaniyanın prioritet layihələrindən biridir. Bu marşrutun inkişafı və tərəfdaş ölkələrlə əlaqələrin gücləndirilməsi istiqamətində daha konkret addımların atılması hədəflənir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə