“Cənubi Qafqaz Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır” - Yohan David Vadeful
Cənubi Qafqazda sabitliyin qorunması Azərbaycan və Almaniyanın, eləcə də Avropa İttifaqının maraqlarına uyğundur.
SİA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycan və Almaniyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, Cənubi Qafqaz regionu Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir və burada sabitliyin təmin olunması hər iki tərəf üçün vacibdir.
Yohan David Vadeful Azərbaycan və Almaniyanın regional sabitliyin qorunmasında mühüm tərəfdaşlar olduğunu diqqətə çatdırıb.
O qeyd edib ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi və mövcud əlaqələrin daha da möhkəmləndirilməsi hər iki ölkənin ümumi maraqlarına xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB