Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, azı 3 nəfər ölüb

Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, azı 3 nəfər ölüb

Rusiyanın Kemerovo vilayətində təyyarə qəzası baş verib.

SİA xəbər verir ki, “NGS42.RU” portalının xəbərinə görə, qəza nəticəsində ən azı 3 nəfər ölüb.

Məlumata görə, hadisə noyabrın 17-də Kemerovo vilayətinin Yagunovo kəndi yaxınlığında qeydə alınıb.

Vilayətin qubernatoru İlya Seredyuk hadisəni aviasiya insidenti kimi xarakterizə edib.

“Hadisə yerində operativ xidmətlər işləyir. Regional hakimiyyət tərəfindən zəruri köməklik göstərilir”, – qubernator sosial şəbəkə hesabında yazıb.

İlkin məlumatlara görə, qəzaya uğrayan təyyarənin "An-12" olduğu müəyyən edilib. Təyyarə ekipajının həlak olduğu bildirilib. Təyyarədə 13 nəfərin olduğu ehtimal edilir.

Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə