İstilik verilməyən binalarla bağlı sakinlər hara müraciət etməlidir? - “Azəristiliktəchizat”
Payız-qış mövsümünün ilk günlərində bəzi yaşayış binalarında istiliyin gecikməsi və ya ümumiyyətlə verilməməsi halları sakinlər üçün ciddi narahatlıq yaradır. Belə vəziyyətlərdə nasazlıqların vaxtında aradan qaldırılması və müraciətlərin operativ cavablandırılması məsələsi aktuallıq kəsb edir.

Məsələ ilə bağlı SİA-nın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-dən bildirilib ki, istilik təchizatı ilə bağlı problemlərlə üzləşən vətəndaşlar gecə-gündüz fəaliyyət göstərən 956 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Qurumdan qeyd olunub ki, daxil olan müraciətlər dərhal qəbul edilir və problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərə başlanılır.
Bildirilib ki, vətəndaşların müraciətlərinin operativ araşdırılması və yaranmış nasazlıqların aradan qaldırılması üçün 956 Çağrı Mərkəzi fasiləsiz fəaliyyət göstərir.
Qeyd edək ki, “Azəristiliktəchizat” ASC-nin rəsmi məlumatına əsasən, 956 Çağrı Mərkəzinə ölkənin istənilən bölgəsindən zəng etmək mümkündür. Stasionar telefonlardan zənglər ödənişsiz, mobil operatorlardan isə ödənişli həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB