“Könüllülüyün genişləndirilməsi gənclərin inkişafına müsbət təsir göstərəcək” -SOSİOLOQ
“Azərbaycanda gənclər arasında könüllülük fəaliyyətinin genişlənməsi təsadüfi deyil. Qarşılıqlı yardım və həmrəylik ənənələri tarixən xalqımızın həyat tərzinin ayrılmaz hissəsi olub. Xüsusilə regionlarda insanların bir-birinə könüllü dəstək göstərməsi bu ənənələrin bariz nümunəsidir”.
Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.
Onun sözlərinə görə, tarixən kəndlərdə yaz mövsümündən əvvəl su kanallarının təmiri üçün insanların bir araya gəlməsi, qadınların müxtəlif mərasimlərdə bir-birinə kömək etməsi, əsgərliyə yola düşən gənclərin kənd sakinləri tərəfindən yola salınması və qarşılanması xalqımızın həmrəylik ruhunu əks etdirib. Novruz bayramı ərəfəsində və bayram günlərində yaslı ailələrin ziyarət edilməsi, onların mənəvi cəhətdən dəstəklənməsi də bu ənənələrin tərkib hissəsi olub. Müasir könüllülük fəaliyyətinin əsasını təşkil edən prinsiplər məhz belə tarixi və mənəvi dəyərlərdən qaynaqlanır.
Müasir dövrdə gənclərin könüllülük fəaliyyətinə cəlb olunması mürəkkəb geosiyasi şəraitdə xüsusi əhəmiyyət daşıyır. Regionda və dünyada baş verən gərginliklər fonunda Azərbaycanda gənclərin inkişafına, bilik və bacarıqlarının artırılmasına şərait yaradılması təqdirəlayiqdir.
Son illərdə həyata keçirilən könüllülük proqramları gənclərin sosiallaşmasına, xarici dilləri öyrənməsinə, ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə və praktiki təcrübə qazanmasına imkan yaradıb. Ölkəmizə gələn qonaqların qarşılanması və istiqamətləndirilməsi, eləcə də müxtəlif idarə və müəssisələrdə könüllü kimi fəaliyyət göstərilməsi gənclərin peşəkar mühitə uyğunlaşmasına kömək edir. Bu təcrübə onların gələcəkdə iş tapmaq imkanlarını da genişləndirir.
Hazırda gənclərin məşğulluğunun təmin edilməsi aktual məsələlərdən biridir. Bu baxımdan, könüllülük proqramlarının dövlət və özəl qurumlarda daha geniş tətbiqinə ehtiyac var. Könüllülük fəaliyyəti yalnız ictimai təşəbbüs kimi deyil, həm də gənclərin peşəkar inkişafına və əmək bazarına inteqrasiyasına xidmət edən mexanizm kimi qiymətləndirilməlidir.
Təklif edərdim ki, müxtəlif qurumlarda könüllülük proqramları genişləndirilsin və bu proqramlarda iştirak edən gənclərin gələcək məşğulluğu üçün konkret imkanlar yaradılsın. Qurumlar könüllülərin fəaliyyətini, qazandıqları bilik və bacarıqları nəzərə alaraq onları öz strukturlarında və tabeli müəssisələrində mövcud vakansiyalar üzrə işə qəbul prosesinə cəlb edə bilərlər. Bu yanaşma həm gənclərin iş təcrübəsi qazanmasına, həm də onların məşğulluq imkanlarının artmasına töhfə verə bilər.
İnanıram ki, könüllülük fəaliyyətinin daha da genişləndirilməsi gənclərin şəxsi və peşəkar inkişafı ilə yanaşı, ölkəmizin gələcəyi baxımından da müsbət nəticələr verəcək. Çünki könüllülük yalnız bu gün cəmiyyətə fayda vermək deyil, həm də sabahın peşəkar kadrı olmaq üçün mühüm bir fürsətdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Tehrandan ABŞ-a sərt və güclü hədə - MEDİA
Dünya 13:57Yeniyetmələrdə skolioz niyə yaranır? - HƏKİM DANIŞDI
Sosial 13:53Sabah hava yağmursuz olacaq
Hadisə 13:06Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
İqtisadiyyat 12:54Dövlət borcunun idarə olunması üzrə yeni strategiya hazırlanmalıdır
İqtisadiyyat 12:53“Özəl sektorun investisiya imkanları genişləndirilir” - Mikayıl Cabbarov
İqtisadiyyat 12:47“Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir” - NAZİR
İqtisadiyyat 12:13Gələn il təhsil və elm xərclərinə 5,4 mlrd. manat vəsait ayrılacaq
İqtisadiyyat 11:56Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb
İqtisadiyyat 11:52Dövlət Neft Fondundan transfert 935 milyon manat azaldılacaq - Nazir
İqtisadiyyat 11:51Büdcə intizamı əlverişli iqtisadi şəraitdə qorunmalıdır - Azər Əmiraslanov
İqtisadiyyat 11:33Ermənistan avropalı olacaqmı? - RAKURS
Siyasət 11:19Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Hadisə 11:04Milli Məclisin növbəti plenar iclası keçirilir
Siyasət 11:00Bakıda ilk Milli Məşğulluq Forumu keçirilir
Sosial 10:26Dövlət Xidməti Ucarda gənclər üçün tədbir keçirib
Sosial 10:26Şahdağa 20 sm, Qrızda 14 sm qar yağıb
Hadisə 10:07Bakıda avtobus piyadanı vuraraq öldürüb
Hadisə 09:44Hörmüz boğazında daha bir tanker minaya düşüb
Dünya 04:06Məşhur model ölən oğlunun evini 6 milyon manata satışa çıxarıb
Şou-Biznes 01:23"Bu, millidə son oyunum olacaq"
İdman 01:03Rusiya xaricdən avtomobil gətirənlər üçün qaydaları sərtləşdirdi
Sosial 15 Noyabr 23:22Türkiyə PUA əleyhinə yeni sistemi uğurla sınaqdan keçirib
Dünya 15 Noyabr 23:03"Atamın mahnısı bizə 1 milyon dollar qazandırıb" - mərhum bəstəkarın oğlu
Şou-Biznes 15 Noyabr 22:32Ağstafadakı partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlandı
Hadisə 15 Noyabr 22:19MOSSAD Türkiyədən iranlı generalı oğurlayaraq öldürüb? - ŞOK İDDİA
Dünya 15 Noyabr 22:02Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur - TƏCİLİ
Siyasət 15 Noyabr 21:53Alıcılar adi avtomobilin təcrübəsini istəyirlər...
Texnologiya 15 Noyabr 21:52Conni Depp uşaqların onun həyatını necə dəyişdirdiyini izah edir...
Mədəniyyət 15 Noyabr 21:28Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8731
-0,40%
-
GBP
2,2453
-0,19%
-
RUB
2,0649
+0,67%



