“Süni intellekt kənd təsərrüfatında 35 milyon yeni iş yeri yarada bilər” - ZAUR ƏLİYEV
Müasir texnologiyaların və süni intellekt əsaslı həllərin kənd təsərrüfatında tətbiqi məhsuldarlığın artırılmasına, resurslardan səmərəli istifadəyə və qərarvermə proseslərinin sürətləndirilməsinə imkan yaradır.
SİA xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Milli Məşğulluq Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, aqrar sektor ənənəvi sahə kimi xarakterizə olunsa da, son illərdə burada müasir yanaşmaların və innovasiyaların tətbiqi genişlənib. Müasir suvarma sistemləri, rəqəmsal texnologiyalar və süni intellekt əsaslı həllər həm məhsul istehsalına, həm də əmək məhsuldarlığının yüksəldilməsinə töhfə verir.
Nazir müavininin sözlərinə görə, Dünya İqtisadi Forumunun “Gələcəyin peşələri 2025” hesabatında 2030-cu ilədək dünya üzrə kənd təsərrüfatı sahəsində əlavə 35 milyon yeni iş yerinin yaranacağı proqnozlaşdırılır.
O qeyd edib ki, süni intellekt kənd təsərrüfatında işin texniki imkanlarını genişləndirir, fermerlərin qərarvermə prosesini sürətləndirir və istehsalın səmərəliliyini artırır.
Z.Əliyev vurğulayıb ki, texnologiyaların tətbiqi aqrar sahədə mütəxəssislərdən tələb olunan bilik və bacarıqların da yenilənməsini zəruri edir. Bu baxımdan müasir texnologiyalarla işləməyi bacaran kadrların hazırlanması gələcək əmək bazarının mühüm tələblərindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB