"Atamın mahnısı bizə 1 milyon dollar qazandırıb" - mərhum bəstəkarın oğlu

"Atamın mahnısı bizə 1 milyon dollar qazandırıb" - mərhum bəstəkarın oğlu

Mərhum bəstəkar Ələkbər Tağıyevin oğlu Xaliq Tağıyev atasının məşhur “Sən gəlməz oldun” mahnısının qazancından danışıb.

SİA Axşam.az-a istinadən xəbər verir ki, “Astar” yutub layihəsinə danışan X.Tağıyev mahnının qısa müddətdə ailəyə 1 milyon dollara yaxın gəlir gətirdiyini bildirib. O, atasının vaxtilə dediyi sözləri də xatırladıb:

“Atam deyirdi ki, mən olmayacağam, amma mənim hesabıma yaşayacaqsınız. Doğrudan da, bu gün mən atamın hesabına yaşayıram. Onun mahnılarının qonorarını mən alıram. “Sən gəlməz oldun” mahnısı qısa müddətdə 1 milyon dollardan çox pul gətirib. Hətta vergimi də qaydasında ödəmişəm.

Türkiyədə şirkətlə müqaviləm var, pullar orada yığılır. 20 faiz dövlətə vergi ödəyirəm. 10 faiz Bakıda, 10 faiz Türkiyədə. İldə dörd dəfə pul götürürəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə