Gənclər “Z nəsli qərar verir” şüarı ilə aksiya keçirib, 22 nəfər saxlanılıb

Gənclər “Z nəsli qərar verir” şüarı ilə aksiya keçirib, 22 nəfər saxlanılıb

Dünən axşam saatlarında Berlində gənclər “Z nəsli qərar verir” şüarı ilə etiraz aksiyası keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, DPA xəbər verir ki, aksiya iştirakçıları Savinyi-Plats meydanından Kurfürstendamm küçəsi ilə Halenze stansiyasına qədər yürüş ediblər.

Polis aksiyada 1200 nəfərin iştirak etdiyini açıqlayıb.

Aksiya iştirakçıları məktəblərin acınacaqlı vəziyyətinə, hərbi xidmətə çağırışın bərpası ehtimalına, eləcə də universitetlərə və sosial xidmətlərə ayrılan maliyyənin azaldılmasına etiraz ediblər. Aksiyada İsrailə, Almaniyanın federal kansleri Fridrix Mertsə və polisə qarşı şüarlar da səsləndirilib.

Polis 22 aksiya iştirakçısını saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə