Zaqatalada avtomobil qəzası olub, sürücü xəsarət alıb

Zaqatalada avtomobil qəzası olub, sürücü xəsarət alıb

Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qəza zamanı rayonun Çobankol kənd sakini 33 yaşlı İntiqam İlham oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunda İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə