Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilib

Bir sıra məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir
Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilib

Bir sıra məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilib.

Dəyişikliyə əsasən, bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının dərəcələri 2030-cu il dekabrın sonunadək dəyişdirilir. Belə ki, həmin tarixədək idxal olunan nərə balığı kürüsünə 15%, lakin hər kiloqram üçün 200 ABŞ dollarından az olmamaq şərtilə gömrük rüsumu tətbiq ediləcək. Hazırda bu rüsum idxal dəyərinin 15%-ni təşkil edir.

Siqar, siqaret və siqarillalar üçün rüsum 15%, lakin hər 1000 ədəd üçün 3 ABŞ dollarından az olmamaq şərtilə müəyyənləşdirilib. Hazırda hər 1000 ədəd üçün rüsum 0,5 ABŞ dollarıdır.

Polivinilxloridlə (PVC) hopdurulmuş və ya üzlənmiş tekstil parçalarına tətbiq olunan gömrük rüsumu isə əvvəlki 0 və ya 5%-dən 15%-ə qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə