“Sosial xərclərin artırılması dövlətin vətəndaşlara qayğısının göstəricisidir“ -TAHİR RZAYEV
“Büdcə zərfində əksini tapan nəticələr və rəqəmlər Azərbaycan iqtisadiyyatının davamlı, dayanıqlı olduğunu və inkişaf yolunda irəlilədiyini göstərir. Dövlət büdcəsində sosial məsələlərə ayrılan vəsaitin artırılması isə xüsusilə sevindirici haldır. Artıq büdcə xərclərinin 44,2 faizinin sosial sahəyə yönəldilməsi dövlət rəhbərliyinin insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğının əyani nümunəsidir”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev Milli Məclisin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, büdcədə sosial istiqamətlər üzrə xərclərin artırılması hər bir vətəndaş üçün müsbət göstəricidir. Onun sözlərinə görə, sosial siyasətin gücləndirilməsi əhalinin rifahının yüksəldilməsinə xidmət edir və dövlətin vətəndaşlara göstərdiyi qayğının bariz ifadəsidir.
T.Rzayev vurğulayıb ki, dövlət büdcəsində sosial xərclərin xüsusi çəkisinin yüksək olması ölkənin sosial inkişaf prioritetlərinin qorunduğunu göstərir. Bu yanaşma insanların həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi və rifahının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB