Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan sürücü saxlanılıb.
Bu barədə SİA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, "QAZ 3110" markalı, 99-NE-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nəcəf Mehdiyevin hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib. Onun narkotik vasitə qəbul etdiyi müəyyən olunub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə N.Mehdiyev barəsində nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 45 sutka inzibati qaydada həbs cəzası seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB