Xudatda avtomobil yanıb

Xaçmaz rayonunun Xudat şəhərində avtomobildə yanğın hadisəsi baş verib. “Hyundai Accent” markalı avtomobildə qəfil başlayan yanğın qısa müddətdə nəqliyyat vasitəsinin bütün hissələrini əhatə edib.

Ətrafdakı sürücülər yanğınsöndürən balonlarla alovu söndürməyə çalışsalar da, buna nail ola bilməyiblər. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb.

Hadisə zamanı avtomobilin sürücüsü xəsarət almayıb. Lakin nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə