Leyla Əliyeva Antalyada təşkil olunan mühüm tədbirdə iştirak edib

Leyla Əliyeva Antalyada təşkil olunan mühüm tədbirdə iştirak edib

Noyabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib.

SİA-nın məlumatına görə, toplantıda iqlim böhranına qarşı mübarizədə konkret fəaliyyət mexanizmləri, sıfır tullantı siyasətinin təşviqi, tullantıların idarə olunmasında beynəlxalq təcrübə mübadiləsi, ölkələr arasında birgə ekoloji layihələrin hazırlanması və yerli təşəbbüslərin qlobal səviyyədə genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə