“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” - DEPUTAT
Millət vəkili Hikmət Babaoğlu səhiyyəyə 2 milyard manatdan çox vəsait ayrılmasını müsbət qiymətləndirib.
SİA xəbər verir ki, deputat bu barədə parlamentin dörd komitəsinin birgə iclasında danışıb:
“Görülən işlər Prezidentin çağırışlarına uyğundur. Çünki ölkənin təhlükəsizliyinin əsasını təşkil edən gənc nəslin sağlam böyüməsi vacibdir.
H.Babaoğlu səhiyyə sistemində son dövrlərdə aparılan islahatların davam etdirilməsinin zəruriliyini vurğulayıb. O, hazırda yeni təyin olunmuş səhiyyə nazirinin TƏBİB-ə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi islahatları xatırladaraq, həmin prosesdə nümayiş etdirilən qətiyyət və cəsarəti yüksək qiymətləndirib.
Onun fikrincə, səhiyyə sistemində də bu cür islahatlara ehtiyac var və onların davam etdirilməsi nəticəsində əldə olunan dəyişikliklər yaxın mərhələdə daha aydın görünəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB