Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Maqsud Mahsudov dünya çempionatında qazandıqları gümüş medalı uğurlu nəticə kimi qiymətləndirib.
İdmançı ötən il bacısı Selcan Mahsudova ilə qarışıq sinxron proqramda bürünc medal qazandıqlarını, bu il isə nəticələrini yaxşılaşdıraraq ikinci yeri tutduqlarını xatırladıb. O, həmçinin çətinlik dərəcəsi üzrə dünya rekorduna imza atdıqlarını vurğulayıb.
SİTAT: "Dünya çempionatından uğurlu nəticə ilə qayıtdıq. Gümüş medal qazandıq. Sevinirik ki, istədiyimiz kimi çıxış edə bildik. Ötən il bacımla birlikdə qarışıq sinxron proqramda üçüncü yeri tutmuşduq. Bu il isə nəticəmizi yaxşılaşdıraraq ikinci olduq. Eyni zamanda çətinlik dərəcəsi üzrə dünya rekordunu yenilədik. Gələn il belaruslu rəqiblərimizi də məğlub edərək qızıl medal qazanmağa çalışacağıq", - o əlavə edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB