Ermənistanda 2 rusiyalı hərbçi Ukrayna vətəndaşını döyməkdə şübhəli bilinərək saxlanılıb. SİA xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun erməni xidməti Ermənistan İstintaq Komitəsinə istinadla məlumat yayıb.
Məlumata görə, təxminən bir ay əvvəl Gümrüdəki Rusiya bazasının hərbi qulluqçuları şəhərin rayonlarından birində ukraynalı Dmitri Samuelenkonu döyüblər.
Hücumla bağlı cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizası təyin edilib. Münaqişənin səbəbləri hələlik məlum deyil.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB